"Ümid edirik ki, Azərbaycan və Gürcüstan sərhədlərinin demarkasiyası üzrə Hökumətlərarası Komissiyanın işinin nəticəsi yaxşı olacaq".
ONA-nın yerli bürosunun xəbərinə görə, bu sözləri ABŞ-ın Gürcüstandakı səfiri Elizabet Rud deyib.
O bildirib ki, Hökumətlərarası Komissiya məsələnin həlli istiqamətində əlindən gələni edir və uzun müddətdir davam edən bu məsələnin yaxın vaxtlarda həll olunacağına ümid edir.