ABŞ-ın Nyu-York ştatında son sutka ərzində 758 nəfər yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində həyatını itirib, ümumilikdə ölənlərin sayı 9385 nəfərə çatıb.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo mətbuat konfransında bildirib.
Şənbə günü 8627 nəfərin öldüyü barədə məlumat verilmişdi.
Qubernator koronavirusa yoluxma nəticəsində ölüm hallarının artmadığına da diqqət çəkib. Onun məlumatına görə, 5 apreldə ştatda 599 nəfər, 6 apreldə - 731, 7 apreldə - 779, 8 apreldə - 799, 9 apreldə - 777, 10 apreldə - 783, 11 apreldə - 758 nəfər ölüb.
“Rəqəmlər uyğunlaşdırılır, lakin hələ yüksək səviyyədə qalır”, - Kuomo belə deyib.