ABŞ-ın Şimali Karolina Universitetinin tələbə şəhərciyində baş vermiş silahlı insident nəticəsində 2 nəfər ölüb.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "WSOC" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə zamanı daha 4 nəfər yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralılardan ikisinin vəziyyəti daha kritikdir.
Universitet rəhbərliyi tələbələrə olduqları yeri tərk etməmək və polisin göstərişlərinə məhəl qoymaq barədə çağırış edib. Təhsil kompleksi hazırda giriş-çıxışa bağlı vəziyyətdədir.
Hadisəni törədən şəxsin kimliyi barədə hələlik açıqlama verilmir. Qeyd olunur ki, insidentdə şübhəli bilinən bir nəfər həbs olunub.