ABŞ-ın Texas ştatında, Dallas şəhərində qaldırıcı kran yaşayış evinin üstünə aşıb. Nəticədə bir nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.
ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, inşaat işləri üçün nəzərdə tutulmuş kranın aşmasına küləyin təsir etdiyi deyilir. Kran şəhərin mərkəzindəki beşmərtəbəli yaşayış kpompleksinin üzərinə aşıb.
Qeyd olunur ki, son günlər Dallas və qonşu şəhərlərin ərazisində qeyri-sabit hava şəraiti müşahidə - qasırğa və şimşək olunur. Nəticədə bölgədə yaşayan 220 mindən çox sakin elektrik enerjisindən məhrum olub.