• DÜNYA

    07:16 25 mart 2019

ABŞ-ın Yaponiyadakı hərbi bazasında partlayış olub

ABŞ-ın Yaponiyanın Okinava adasında yerləşən Kemp-Dzukeran dəniz piyadaları bazasında partlayış baş verib.

ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, naməlum şəxslər hasarın bir hissəsini sökərək obyektə daxil olub.

Sonra isə Yaponiya Müdafiə Nazirliyinin istifadəsində olan binanın altına qaz balonu qoyaraq partladıblar.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR