“Boeing” Korporasiyasına məxsus ABŞ-ın yeni “Starliner” kosmik gəmisinin pilotsuz rejimdə orbitə ilk buraxılışı dekabrın 19-na planlaşdırılıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə gəminin orbitə buraxılmasına məsul olan Yunayted Lanç Allianse tvitter səhifəsində yazıb.
NASA-nın rəsmi internet səhifəsində yerləşdirilən məlumata görə, “Starliner”in sınaq uçuşu ABŞ-ın şərqində - Kanaveralda yerli vaxtla saat 06.59-a gerçəkləşdiriləcək.
“Atlas V” raketdaşıyıcısı gəmini 181 kilometr yüksəkliyə qaldırmalı, bundan sonra gəmi ayrılaraq bort mühərriklərinin vasitəsilə orbitə daxil olub Beynəlxalq Kosmik Stansiyaya yerləşməlidir.