ABŞ İranda fəaliyyət göstərən daha 17 təşkilata və 14 fiziki şəxsə sanksiyalar tətbiq edib.
ONA-nın xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Vaşinqtonun bu addımı atmasına səbəb kimi, həmin fiziki və hüquqi şəxslərin İranın nüvə proqramının təkmilləşdirilməsində iştirakı göstərilib.