• DÜNYA

    02:40 14 mart 2019

ABŞ İranın Yaxın Şərqdəki aktivliyindən çox narahatdır

ABŞ-ın dövlət katibi Mayk Pompeo çərşənbə günü Vaşinqtonda BMT-nin baş katibi Antoniu Quterreşlə görüşüb.

Görüşdə Pompeo İranın Yaxın Şərqdəki fəaliyyətindən narahatlıqlarını dilə gətirməklə yanaşı, Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələlərini, Venesueladakı vəziyyəti və Yəməndəki humanitar krizisi müzakirə edib.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət departamentinin mətbuat xidməti rəhbərinin müavini Robert Palladinonun açıqlamasında deyilir.

Məlumata görə, A.Quterreş Donald Tramp administrasiyasının nümayəndələri və ABŞ Konqresinin qanunvericiləri ilə görüşmək üçün Vaşinqtonda səfərdədir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR