ABŞ hökuməti İraq müharibəsində 608 əsgərinin ölümünə görə İranın məsuliyyət daşıdığını düşünür.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib.
“Mən məxfi araşdırma materiallarına əsaslanaraq deyə bilərəm ki, İraqda həlak olmuş Amerika əsgərlərinə görə İran məsuliyyət daşıyır”, - Huk belə deyib.
Onun sözlərinə görə, bu, ABŞ-ın 2003-2011-ci illərdə müharibədə itirdiklərinin 17 faizidir. O, həmçinin qeyd edib ki, İran “İraqı özünün təsiri altına salmaq istəyir”.