• DÜNYA

    07:36 14 mart 2019

ABŞ istifadəsi qadağan olunmuş raketləri sınaqdan keçirmək istəyir

ABŞ bu il “yaxın və orta mənzilli raketlərin ləğvi haqqında müqavilə”yə əsasən 30 ildən artıq qadağan olunmuş yeni raketlərini sınaqdan keçirmək istəyir.

ONA-nın verdiyi xəbərə görə, bu barədə Washington Post nəşri özünə yaxın mənbəyə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, avqust ayında təxminən min kilometr radiusa malik qanadlı raketlərin atışı planlaşdırılır. Həmin raketlər hərbi gəmilərə və mobil komplekslərə quraşdırılacaq. Noyabrda isə 3-4 min kilometr radiusa malik ballistik raketlərin sınağı gözlənilir.

Mənbənin dediyinə görə, yeni qanadlı raketlər təxminən 18 ay ərzində quraşdırılacaq. Ancaq onların Avropada, yoxsa Asiyada quraşdırılacağı hələlik bilinmir.

Ballistik raketlərə gəlincə, yüksək çinli bir Pentaqon rəsminin sözlərinə görə, təxminən beş ildən sonra onlardan hərbi məqsədlərlə istifadə edilə bilər.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR