ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Kouts Cənubi Koreyada rəsmi səfərdədir.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “Renhap” agentliyi məlumat yayıb.
Səfərin məqsədi fevralın sonunda Hanoy şəhərində ABŞ və Şimali Koreya liderlərinin uğursuz nəticələnən sammitindən sonra məlumat mübadiləsi aparmaqdır. Koutsun səfərinin 3 gün davam edəcəyi deyilir. Bu müddətdə o, cənubi koreyalı həmkarı ilə məsləhətləşmələr aparmağı, Seulda rəsmi şəxslərlə görüşməyi planlaşdırır.
Agentlik, həmçinin onun səfərini Şimali Koreyanın Soxe raket poliqonunda yenidən canlanmanın yaranması barədə KİV-də yayılmış məlumatlarla da əlaqələndirir. Eyni zamanda Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (CSIS) Vaşinqton üzrə mütəxəssisləri adıçəkilən Soxe kosmodromunda hər hansı aktivliyin mövcud olmaması barədə açıqlama verib.