Bu gün ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər edib.
ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, senator Ed Markinin başçılıq etdiyi nümayəndə heyətinə konqresmen Con Qaramendi, Alan Louental, Don Bayer və Amata Radevagen daxildir.
Səfər iki gün davam edəcək. Səfər çərçivəsində nümayəndə heyəti Tayvan administrasiyasının rəhbəri Tsay İvenlə görüşəcək, Tayvan xarici siyasət idarəsinin rəhbəri Cozef Unun təşkil etdiyi banketə qatılacaq, Tayvan parlamentində olacaqlar.
Qeyd edək ki, səfər barədə öncədən məlumat verilməyib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Asiya turu çərçivəsində Tayvana səfəri Çin-ABŞ münasibətlərində gərginliyə yol açmışdı.