ABŞ administrasiyası Çin hakimiyyətinin yeni növ koronavirusla bağlı məlumatları gizlətməsinə görə bu ölkəyə qarşı tədbirlər hazırlayır, sanksiyaların tətbiqi və Amerika borc öhdəliklərinin sıfırlanması kimi addımları gözdən keçirir.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ-ın müxtəlif dairələrinin nümayəndələri bu məqsədlə uzunmüddətli müvafiq planlar hazırlayır.
“Bu planlara sanksiyaların tətbiqi, ABŞ-ın borc öhdəliklərinin sıfırlanması və ya ticarət sahəsində yeni qaydaların qoyulması daxildir”, - deyə telekanalın məlumatında qeyd olunub.
“CNN” saytında bildirilir ki, bəzi ABŞ administrasiya rəsmiləri, həmçinin çox tələsik qərar verməkdən ehtiyat edirlər. Çünki indi pandemiya sonrası lazım olan tibbi ləvazimatlarla ABŞ-ı məhz Çin təmin edir.