• DÜNYA

    07:31 30 avqust 2019

ABŞ Livanın “Jammal Trust Bank”ına qarşı sanksiyalar tətbiq edir

Rəsmi Vaşinqton ABŞ-ın qara siyahısında olan Livan Şiə Hizbullah hərəkatına maliyyə yardımı göstərdiyinə görə Livanın ən böyük banklarından olan “Jammal Trust Bank”a sanksiya tətbiq etmək qərarına gəlib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilib.

Qeyd edilib ki, “Jammal Trust Bank” ilə əlaqəli olan üç sığorta şirkətinə də məhdudiyyətlər tətbiq olunub.

Qeyd edək ki, bundan əlavə üç Fələstin və bir Livan vətəndaşı da Qəzza zolağına nəzarət edən “Həmas” silahlı qruplaşmasında fəaliyyətə görə qara siyahıya alınmışdı.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR