Çin və ABŞ rəsmiləri Pekində "məhsuldar ticarət görüşləri" keçirib.
ONA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Maliyyə Naziri Stiven Mnuçin bildirib.
"ABŞ-ın ticarət nümayəndəsi, səfir Laythayzer və mən Çin baş nazirinin müavini Liu He ilə məhsuldar görüşlər keçirdik. Gələn həftə Vaşinqtonda danışıqlarımıza davam edəcəyik ", - Mnuçin öz "Twitter" hesabında yazıb.
Amerikalı rəsmi görüşün detalları barədə məlumat verməyib.