ABŞ-da San Fransisko məhkəməsinin hakimi Riçard Siborq prezident Donald Trampın sığınacaq üçün müraciət etmiş qanunsuz miqrantlara rədd cavabı verilməsi qərarının icrasını müvəqqəti dayandırıb.
ONA “Reuters”ə istinadən xəbər verir ki, bununla da məhkəmə ABŞ hökümətinin miqrantların ölkəyə axınının qarşısının alınmasına yönələn proqramını dayandırıb.
Hakim R.Siborq sığınacaq üçün müraciət etmiş şəxslərin təhlükəyə məruz qala biləcəyi səbəbilə ölkələrinə geri qaytarılmasını qadağan edib.
San Fransisko məhkəməsinin qərarı aprelin 12-də qüvvəyə minəcək və bütün ölkə üzrə tətbiq ediləcək.
"Hakim sadəcə elə qərara gəlib ki, Meksika miqrantlar üçün həddindən artıq təhlükəlidir. Bu, ABŞ-a qarşı ədalətsizlikdir”, - deyə ABŞ prezidenti Donald Tramp öz rəsmi Twitter səhifəsində qərara münasibətini bildirib.