ABŞ administrasiyası meksikalı narkotika alverçilərinin əcnəbi terror qruplaşmaları kimi tanınması məsələsinə baxır.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu prezident Donald Tramp “Breitbart” internet-portalına müsahibəsində deyib. Jurnalistin, hansısa bir ölkənin narkotik ticarətçilərinə qarşı lazımi mübarizə aparılması ilə bağlı verdiyi suala ABŞ prezidenti əminliklə cavab verib.
“Biz bu haqda çox ciddi düşünürük. Daha doğrusu, bunu biz çoxdan fikirləşmişik. Bu həm psixoloji, həm də iqtisadi məqamdır”, - Tramp belə deyib.
O, meksikalı narkokartelləri “terror təşkilatları” hesab etdiyini də vurğulayıb.