• DÜNYA

    07:34 11 dekabr 2020

ABŞ Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyıb

ABŞ Prezidenti Donald Tramp Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyan bəyannamə imzalayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb.

“Bu gün Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyan bir bəyannamə imzaladım. Mərakeşin muxtariyyətlə bağlı ciddi, inandırıcı və real təklifi davamlı sülh və rifah üçün ədalətli və uzunmüddətli həllə dair yeganə əsasdır! Mərakeş 1777-ci ildə ABŞ-ı tanıyıb. Buna görə də Qərbi Sahara üzərində onun suverenliyini tanımağımız uyğundur” – deyə Tramp yazıb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR