ABŞ prezidenti Donald Tramp Ceyms Mürreyi Məxfi Xidmətin rəhbəri təyin etmək istəyir.
ONA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders açıqlama verib.
Onun sözlərinə görə, Mürrey yeni təyinatında öz səlahiyyətlərinin icrasına bu ilin may ayında başlaya biləcək.
Qeyd edək ki, bundan əvvəl D.Tramp Məxfi Xidmətin rəhbəri Rendolf Allesi vəzifəsindən kənarlaşdırıb.