• DÜNYA

    14:47 4 may 2019

ABŞ-ın müdafiə naziri: "Ankara S-400 almağa davam edərsə, Türkiyədə F-35 istehsalına dəstək verməyəcəyik"

ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan Ankara Rusiyanın S-400 raket sistemini almaq planlarını davam etdirirsə, ABŞ-ın Türkiyədə F-35 döyüş təyyarəsi istehsalına dəstək verməyəcəyini bildirib. ONA-nın "Sputnik" xəbər saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ rəsmisi jurnalistlərə açıqlamasında deyib.

"Əgər Türkiyə S-400 sistemini almağa davam etdirsə, biz işi Türkiyədə dayandırmalı olacağıq", - deyə Patrik Şanahan qeyd edib.

O, Türkiyənin S-400 sistemini satınalma planlarına davam etdirəcəyi təqdirdə, ABŞ-ın aerokosmik istehsalçıları – “Lockheed Martin” və “United Technologies” şirkətlərinin nümayəndələri ilə mümkün variantları müzakirə edəcəyini bildirib.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR