• DÜNYA

    01:36 24 mart 2021

ABŞ mütəxəssisləri dənizdə batmış vertolyotu 5.8 km dərinlikdən çıxararaq rekordu yeniləyiblər

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) mütəxəssisləri keçən il yanvarın 25-də Filippin dənizinin dibindən batan patrul helikopterini 5 814 metr dərinlikdən çıxararaq rekordu yeniləyiblər.

APA xəbər verir ki, bu barədə “Defense Brief” xəbər portalı məlumat yayıb.

“MH-60S” helikopterinin çıxarılması əməliyyatı keçən həftənin sonunda Yaponiyanın Okinava adasının sahilindən 150 km şərqdə baş tutub.

Qeyd edək ki, sözügedən helikopter qəzaya uğrayan zaman ekipaj üzvlərinin hamısını Yaponiyaya məxsus patrul gəmiləri xilas etmişdi

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR