• DÜNYA

    06:14 23 aprel 2021

ABŞ Navalnı ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək hüququnu özündə saxladığını bildirib

“ABŞ bundan sonra da anti-Rusiya tədbirlərinin görülməsini istisna etmir”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu cümə axşamı Ağ Evin mətbuat katibi Cen Psaki Aleksey Navalnı ilə bağlı mövcud vəziyyəti şərh edərkən deyib.

O bildirib ki, ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bir neçə gün əvvəl həmkarı Nikolay Patruşevlə telefonla danışıb: “Bu Navalnı ilə bağlı müzakirələrin bir hissəsi idi. Navalnı ilə insanpərvər davranmağa çağırış edirik. Bu siqnalı açıq şəkildə ötürməyə davam edirik”.

Psakinin sözlərinə görə, bəzən diplomatiyada danışıqların təkbətək aparılması və məzmunu barədə məlumatın gizli qalması zəruridir: “Bu, nəticələr üçün daha konstruktiv bir yoldur. Gələcəkdə daha çox sanksiya elan etmək hüququmuzu özümüzdə saxlayırıq. Prezidentin icra sərəncamı bizə fərdlər və müəyyən sahələr üçün məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verir. Lakin məqsədimiz Aleksey Navalnı ilə insani rəftar, onun təhlükəsizliyi və nəticədə sərbəst buraxılmasıdır”.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR