ABŞ 2018-ci ildə neft ixracını 2 dəfə artıraraq gündə 2 milyon barelə çatdırıb.
ONA TASS-a istinadən xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın Energetika Nazirliyinin İnformasiya İdarəsi yayıb.
Məlumata əsasən, 2017-ci ildə ABŞ neftinin ixracı gündə 1,2 milyon barel olubsa, 2018-ci ildə bu rəqəm 2 milyona çatıb.
Energetika Nazirliyi bildirib ki, ötən il ABŞ dünyanın 42 ölkəsinə neft ixrac edib. Əsas ixrac regionu isə Asiyadır.
ABŞ-da neft ixracının artmasını hasilatın artması ilə bağlayırlar.