ABŞ Nümayəndələr Palatası Cənubi Kiprə qarşı silah embarqosunun ləğvini nəzərdə tutan qanun layihəsini qəbul edib.
ONA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, ABŞ 1987-ci ildən Cənubi Kiprə silah satışını qadağan edib.
Ötən gün Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsində isə Cənubi Kiprə silah satışının bərpa edilməsi əksini tapıb. Qanun layihəsində ABŞ-ın Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dayandırılması barədə müddəa da əksini tapıb. Eyni zamanda qanun layihəsində ABŞ-ın Türkiyəyə "Patriot" zenit-raket kompleksləri satışının təşviq olunması əksini tapıb.
Qanun layihəsinin Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması ilə əlaqədar qəbul edildiyi ehtimal olunur.
Qanunun qüvvəyə minməsi üçün Senatda qəbul edilməsi və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanması lazımdır.