ABŞ Nümayəndələr Palatası Donald Trampın ölkənin cənub sərhədində divar qurulması ilə bağlı fövqəladə bəyannaməsini ləğv etmək barədə qətnamə qəbul edib. ONA-nın ABŞ bürosu xəbər verir ki, səsvermə zamanı 245 üzv qətnamənin lehinə səs verib. Lazımi həddi keçmək üçün Respublikaçılar Partiyasının 13 üzvü da Demokratlara qoşulub. Daha sonra qətnamə Senatda göndərilib və 18 gün ərzində səsverməyə çıxarılması gözlənilir.