• DÜNYA

    11:50 28 fevral 2019

ABŞ-da Koreya müharibəsinin rəsmən bitməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb

ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan bir qrup üzvü qanunvericilik təşəbbüsü ilə çıxış edib.

ONA beynəlxalq xəbər agentliklərinə istinadən xəbər verir ki, qanun layihəsi 1950-ci ildə başlayan və 1953-cü ildə atəşkəs imzalanması ilə nəticələnən Koreya müharibəsinin rəsmən bitməsinin elan olunmasını nəzərdə tutur.

Layihə Nümayəndələr Palatası Silahlı xidmətlər komitəsinin Kaliforniyadan olan üzvü Ro Xana və daha 19 demokrat deputatın imzası ilə təqdim olunub. Sənəddə “Şimali Koreya, Cənubi Koreya və ABŞ arasındakı müharibənin rəsmən və birdəfəlik bitirilməsinə dair sülh sazişinin imzalanması və bu məqsədlə diplomatik prosesin başladılması”na çağırış yer alır.

Qeyd olunur ki, Koreya müharibəsinin rəsmən yekunlaşmasının və sülh sazişi imzalanmasının 1953-cü ildə Birləşmiş Ştatlar və Cənubi Koreya arasında imzalanan və ABŞ hərbçilərinin Koreya yarımadasında müddətsiz qalmasını nəzərdə tutan Ortaq Müdafiə Sazişinə heç bir təsir etməyəcəyi də vurğulanır.

Cavid

Teqlər:

SON XƏBƏRLƏR