ABŞ ordusunda 2018-ci il göstəricilərinə əsasən, 6000-dən çox seksual xarakterli cinayət faktları qeydə alınıb ki, bu da ötən illə müqayisədə 38% çoxdur. Bu göstərici 2004-cü ildən bəri aparılan statistik araşdırmaları da geridə qoyub.
ONA-nın “Layf”a istinadən verdiyi xəbərə görə, belə bir məlumat ABŞ Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.
Cinayət faktlarının əsasını 17-20 yaşlarında qızlara qarşı törədilmiş əməllər təşkil edir. Pentaqonun hesablamasına görə, hər yeddi nəfərdən biri bu cinayətlərin qurbanına çevrilib.
“Düzünü desək, biz özümüz özümüzə tətbiq etdiyimiz standartlara riayət etmirik. Bu qəbuledilməzdir”, - deyə Pentaqon rəhbəri vəzifəsini icra edən Patrik Şanahan açıqlayıb.