• DÜNYA

    01:49 4 mart 2019

ABŞ Pakistanın Hindistana qarşı F-16-dan istifadə faktını araşdırır

ABŞ rəsmiləri Pakistanın Hindistan hərbi təyyarəsini vurarkən ABŞ-dan alınmış F 16 qırıcılarından istifadə edib-etmədiyini araşdırdıqlarını bəyan edib.

ONA-nın ABŞ müxbirinin xəbərinə görə, bildirilir ki, belə olacağı halda, bu, ABŞ-la imzalanmış razılaşmanın pozulması deməkdir.

Qeyd edək ki, geridə qoyduğumuz həftə iki ölkə qarşılıqlı olaraq hava bombardmanları həyata keçirib. Nəticədə Hindistana məxsus təyyarə Kəşmir üzərində vurulub, pilot Pakistan tərəfindən ələ keçirilib. Daha sonra Pakistanın pilotu geri verməsi tərəflər arasındakı gərginliyin azalmasına səbəb olub.

Hadisədən sonra Hindistan qarşı tərəfin ABŞ-dan alınmış F-16 qırıcı təyyarələrindən istifadə etdiyini açıqlayıb.

Pakistan hərbi nümayəndələri isə bu faktı təkzib edirlər.

ABŞ-ın İslamabaddakı səfirliyindən verilən aşıqlamada Hindistan tərəfindən səsləndirilən iddianın araşdırıldığı, ətraflı məlumat toplandığını bildirilib. Qeyd olunub ki, belə halın baş verməsi Vaşinqtonun hərbi satış razılaşmalarının pozulması deməkdir.

Pakistan uzun müddətdir ki, Birləşmiş Ştatlardan hərbi texnika alır. 2001-ci ildən - İslamabadın ABŞ-ın terrorla mübarizədə əsas tərəfdaş hesab olunduğu vaxtdan sonra isə bu əməkdaşlıq xüsusi vüsət götürüb. Pakistan sonuncu dəfə ABŞ-la münasibətlər pisləşməzdən əvvəl Birləşmiş Ştatlardan bir neçə F-16 qırıcısı satın alıb.

2016-cı ildən sonra isə ABŞ Pakistana silah satışını dayandırıb. ABŞ-ın Pakistana bu silahlardan istifadəni məhdudlaşdırmasının səbəbləri və şərtləri ictimaiyyətə açıqlanmır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR