ABŞ Türkiyəyə “Patriot” zenit raket komplekslərini satmaqdan imtina etsə, Türkiyə Rusiyadan alacağı S-400 kompleksinin sayını artıra bilər.
ONA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.
“ABŞ-ın bizə “Patriot” satacağına zəmanət yoxdur. Satmasa, biz Rusiyadan daha bir S-400 kompleksi ala bilərik", - deyə M.Çavuşoğlu bildirib.
Nazir həmçinin vurğulayıb ki, ABŞ F-35 qırıcılarını da satmaqdan imtina edərsə, Türkiyə başqa bir ölkəyə müraciət etməyi düşünür.