ABŞ-ın Merilend ştatının Hant Valley şəhərində yerləşən ticarət mərkəzlərindən birində silahlı insident baş verib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Qeyd edilib ki, ticarət mərkəzinə daxil olan bir kişi üzərində gəzdirdiyi bıçaqla beş nəfəri yaralayıb.
Polis hadisənin qarşısını almaq məqsədilə silahdan istifadə edib. Atəş nəticəsində şəxsiyyəti açıqlanmayan təcavüzkar öldürülüb.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Hadisənin motivləri barədə məlumat verilməyib.