ABŞ prezidenti Donald Tramp Böyük Britaniya kraliçası II Elizabet ilə görüşüb.
ONA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Donald Tramp Britaniyaya üç günlük səfərə gəlib.
Bu gün Tramp Britaniya kral ailəsi ilə görüşlər keçirəcək, axşam Bukinhem sarayında prezident və onun xanımının şərəfinə ziyafət təşkil olunacaq.
Sabah ABŞ prezidenti Britaniyanın baş naziri Tereza Mey ilə görüşəcək. Tərəflərin iqlim dəyişikliyi və Çin texnologiya şirkəti olan “Huawei”lə bağlı müzakirələr aparacağı gözlənilir.
Trampın Londonla yanaşı, Mançester, Belfast və Birmingem şəhərlərinə də səfəri gözlənilir.