• DÜNYA

    12:37 26 avqust 2019

ABŞ prezidenti Cavad Zəriflə görüşmək istəmədiyini bildirib

ABŞ prezidenti Donald Trump güclü bir İran görmək istədiyini və Tehranda hakimiyyət dəyişikliyinin niyyətində olmadığını qeyd edərək, bununla belə, iranlıların sövq edildiyi yaşayışın yolverilməz olduğunu söyləyib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Biarritzdə keçirilən G7 sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronun İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi danışıqlar üçün dəvət etməsinə təəccüblənmədiyini bildirib.

Donald Tramp Cavad Zəriflə görüşmək istəmədiyini deyib: "Hələlik tezdir".

ONA

Teqlər:

SON XƏBƏRLƏR