ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İnin Şimali Koreya ilə Cənubi Koreyanı ayıran hərbsizləşdirilmiş zonada görüşü başa çatıb.
ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp K. Ç. İnlə müəyyən detalları razılaşdırmaq üçün danışıqlar üzrə komandalar formalaşdıracaqlarını bildirib.
D. Tramp iki ölkənin nümayəndə heyətlərinin iki-üç həftə ərzində görüşəcəklərini nəzərə çatdırıb.
ABŞ Prezidenti deyib ki, ABŞ dialoqu yalnız Şimali Kloreyanın nüvəsizləşdirilməsi məsələsi üzərində qurmağı planlaşdırmır: "Sürət məqsəd deyil".