• DÜNYA

    05:26 11 aprel 2019

ABŞ prezidentinin oğlu ilə Uels şahzadəsinin sevgisindən bəhs edən serial çəkilir

“Amazon” şirkəti Keysi Makkuistonun “Qırmızı, ağ və kralsayağı mavi” romanı əsasında serial çəkəcək.

ONA-nın “Deadline” portalına istinadən verdiyi xəbərə görə, serial ABŞ prezidentinin oğlu ilə Uels şahzadəsinin münasibətləri haqqında olacaq.

Serialın çəkilişləri “Berlanti Productions” studiyasına həvalə edilib. Bildirilir ki, Makkuistonun romanı iki güclü təbəqə nümayəndəsinin sevgi münasibətlərindən bəhs edir.

Çəkiliş işlərinin tərtibatında kinoprodüsser Ted Malaverin də iştirak edəcəyi deyilir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR