Bu gün ABŞ Qüdsdə (Yerusəlim) yerləşən baş konsulluğu ilə İsraildəki yeni səfirliyini birləşdirəcək.
ONA TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladinonun yaydığı bəyanatda deyilir. Onun sözlərinə görə, ümumilikdə ölkədə bir diplomatik missiya yaradılacaq: “Bu o demək deyil ki, ABŞ Qüds, İordaniya çayının qərb sahili və Qəzza zolağına dair siyasətini dəyişir”.
Ötən ilin oktyabrında ABŞ dövlət katibi Maykl Pompeo İsraildə konsulluq və səfirliyi birləşdirmək planı açıqlama verərək deyib ki, Amerikanın Qüdsdəki səfirliyində Fələstin məsələlərinə dair xüsusi şöbə yaradılacaq.