Ukraynaya Krım qaytarılmayana qədər Vaşinqton Rusiyaya qarşı sanksiyaları artırmağa davam edəcək.
ONA-nın RİA Novostiya istinadən yaydığı xəbərə görə, bunu özünün Twitter səhifəsində ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bəyan edib
Onun Odessa limanına gəlmiş “Donald Kuk” amerikan raket gəmisində Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşü haqda öncə məlumat yayılıb.
Volkerlə görüşdən sonra, Poroşenko öz Twitter səhifəsində amerikan gəmilərinin Odessaya gəlməsini ABŞ-la Ukrayna arasında olan əməkdaşlığın nümayişi olduğunu bildirib.
Ukrayna prezidenti həmçinin onu da qeyd edib ki, ABŞ-ın Qara dənizdə hərbi qüvvəsinin artırılması Ukraynanın xahişi ilə baş tutub.