ABŞ hökuməti “ABŞ-ın rəqiblərinə sanksiyalarla cavab verilməsi haqqında” qanun çərçivəsində digər dövlətlərin silahlarını alan ölkələrə qarşı sanksiyalar tətbiq edə bilər.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ administrasiyasının yüksək çinli nümayəndələrindən biri mətbuat konfransında Misirin Rusiyadan “Su-35” hərbi təyyarələri alması ilə bağlı ünvanlanmış suala cavabında deyib.
“Rusiya silah çatdırılmasında etibarlı tərəfdaş deyil”, - deyə nümayəndə əlavə edib və vurğulayıb ki, ABŞ-ın hərbi texnikaları Rusiyanın istehsal etdiyi analoqlarından üstün sayılır.
Qeyd edək ki, bir müddət əvvəl Misirin Rusiyadan onlarla “Su-35” bombardmançı təyyarə almasına dair xəbər yayılıb.