ABŞ “Maqnitski aktı” əsasında Çeçenistanın “Terek” operativ reaksiya xüsusi təyinatlı dəstəsini və beş Rusiya vətəndaşını sanksiya siyahısına daxil edib.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sanksiya cəzası sabiq batalyon komandiri Ruslan Qeremyeyev, Gennadi Karlov, Sergey Kossiyev, Yelena Trikulya və “Terek”in rəhbəri Əbuzayd Vismuradova şamil edilib.
Qeyd edək ki, ABŞ insan haqlarının pozulmasında və korrupsiyada əlaqəli hesab etdiyi əcnəbi fiziki şəxsləri və təşkilatları “Maqnitski aktı” əsasında sanksiya siyahısına daxil edir.