Rəsmi Vaşinqton türkiyəli pilotların ABŞ-ın 5-ci nəsil qırıcı-bombardmançı “F-35” təyyarələri üzrə təlimlərinin dayandırılmasının mümkünlüyünü gözdən keçirir.
ONA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, bu, "S-400" zenit-raket komplekslərinin alınması üzrə Ankara ilə Moskva arasında fəal şəkildə aparılan və Türkiyənin NATO-ABŞ müttəfiqlərinin etirazlarına rəğmən davam etdirilən danışıqlarla əlaqədardır.
Buna qədər ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequs bildirmişdi ki, “Rusiyadan "S-400" zenit-raket komplekslərinin alınması razılaşmasını dayandırmasa, Türkiyəni çox mənfi nəticələr gözləyir”.