• DÜNYA

    03:39 21 may 2019

ABŞ sanksiya tətbiq olunan "Huawei" şirkətinə müvəqqəti lisenziya verib

ABŞ-ın Ticarət Nazirliyi Çinin telekommunikasiya nəhəngi olan "Huawei" şirkətinə müvəqqəti lisenziya verib. Bunun sayəsində şirkət ABŞ-da istifadədə olan şəbəkə sahəsində xidmətini və markanın adını daşıyan mobil qurğuların yenilənməsini təmin edə biləcək.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir açıqlama nazirliyin Sənaye və Təhlükəsizlik Bürosu tərəfindən rəsmi saytda yayılıb.

“Hazırkı vəziyyətdə 90 günlük müvəqqəti ümumi lisenziya nəzərdə tutulur ki, bununla da "Huawei" şirkətinin lisenziyası qismən bərpa edilir”, - deyə sənəddə qeyd olunur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR