• DÜNYA

    15:23 6 oktyabr 2019

ABŞ səfirliyinin müvəkkili  Baxçalı ilə əlaqədar qalmaqala görə Türkiyə XİN-ə çağırılıb

ABŞ-ın Türkiyədəki səfirliyinin müvəkkili bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət edilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, ABŞ-ın Türkiyədəki səfiri Ankarada olmadığı üçün səfirliyin müvəkkili XİN-ə çağırılıb.

Buna səbəb Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə ittiham olunan və ölkədən qaçmış jurnalist Ergün Babahanın “Twitter” sosial şəbəkəsindən paylaşdığı statusu olub. Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı xəstəxanaya yerləşdirildikdən sonra E. Babahan “Twitter” sosial şəbəkəsindəki səhifəsində ''Türkiyə xalqları Baxçalısız bir siyasət dönəminə hazır olmalıdır” statusu yazıb. Bu status ABŞ-ın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsi tərəfindən bəyənilib. Türkiyə XİN də Türkiyədə böyük narazılıq yaradan bu addımla əlaqədar ABŞ səfirliyindən rəsmi izahat tələb edib.

Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfriliyi bu gün açıqlama yayaraq Twitter” səhifəsi tərəfindən bəyənilmənin yanlışlıq olduğunu bildirib və üzr istəyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR