• DÜNYA

    03:18 7 mart 2021

ABŞ Senatı 1,9 trilyon dollarlıq iqtisadi paketi təsdiqləyib

ABŞ Konqresinin Senatı iqtisadiyyatı stimullaşdırmaq məqsədilə 1,9 trilyon dollarlıq paketi təsdiqləyib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, amerikalı senatorların paketi dəstəkləməsi ilə bağlı palata iclası “C-Span” telekanalında canlı yayımlanıb.

50 senator qanun layihəsinin lehinə, 49 nəfər isə əleyhinə səs verib.

İclas zamanı qanun layihəsinə dəyişiklik edilərək, 2025-ci ilədək minimum əmək haqqının saatda 15 dollara qaldırılmasına dair bənd ixtisara salınıb.

Sənəd bir daha aşağı palatada səsvermədən keçməlidir, bundan sonra yenə eyni formada qalarsa, imzalanması üçün dövlət başçısına təqdim ediləcək.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Konqresi 1,9 trilyon dollarlıq stimullaşdırma paketini ən qısa müddətdə qəbul etməyə çağırıb.

Bu paket pandemiya ilə mübarizədə təqribən 400 milyard dollar ayrılmasını nəzərdə tutur. 1 trilyon dollar əhaliyə yardım üçün, qalan hissəsi iqtisadiyyatın stimullaşdırılması üçün sərf olunacaq. Vətəndaşlara birbaşa aylıq ödənişlər 2 min dollara qədər artacaq.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR