• DÜNYA

    06:39 16 yanvar 2020

ABŞ Senatı bu gün Trampın impiçmenti işinə baxacaq

ABŞ Senatı yanvarın 16-da impiçment proseduru çərçivəsində Prezident Donald Trampa qarşı irəli sürülmüş ittihamlara baxacaq.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə respublikaçıların lideri Mitç Makkonnell deyib.

Senatda danışan Makkonnell bildirib ki, cümə axşamı günorta Nümayəndələr Palatasından olan ittihamçılar dinləniləcək və onlar Trampa qarşı ittihamların maddələrini senatorlara təqdim edəcəklər. Elə həmin gün Senatda prosesə baxan Ali Məhkəmənin hakimi and içəcək və senatorlar burada münsif rolunu oynayacaq.

Çərşənbə günü Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti işinin Senata verilməsi ilə bağlı səs verib. Ötən ilin dekabrında başlayan impiçment işi çərçivəsində Trampa qarşı iki - səlahiyyətlərindən sui-istifadə və Konqresin işinə əngəl törətmə maddələri ilə ittiham irəli sürülüb.

Hazırda respublikaçılar partiyasının üzvləri prezidentə bəraət qazandırmaq niyyətindədirlər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR