Bir sıra ABŞ senatorları dövlət katibi Mayk Pompeo və Maliyyə katibi Stefan Mnuçinə blogger Alexey Navalnının zəhərlənməsi ilə bağlı yaranmış vəziyyətə görə Rusiyaya qarşı sanksiya çağırışlarını özündə əks etdirən məktub ünvanlayıblar.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Bloomberg”in məlumatında bildirilib.
Məktubu Demokratlardan Ben Kardin, Dik Durbin, Kris Kuns, Respublikaçılardan isə Mitt Romni, Marko Rubio və Rojer Uiker imzalayıb.
Məktubda qəti şəkildə “Qlobal Maqnitski Aktı”na, eləcə də “Kimyəvi və Bioloji Silahlara Nəzarət Qanunu”nun müdəalarına əməl edilməsinə çağırış edilib.