ABŞ Senatı ölkənin Yəməndəki hərbi əməliyyatlarda iştirakının dayandırılması ilə bağlı qətnamə üzərində prezident Donald Trampın qoyduğu vetonu aradan qaldıra bilməyib.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “The Hill” nəşri yazıb.
Məlumata görə, Trampın qoyduğu vetoya qarşı 53 senator çıxış edib, 45 senator isə ona dəstək olub. Bildirilir ki, vetonun ləğvi üçün ən azı 67 səs lazım idi.
Qəzetin yazdığına əsasən, səsvermənin nəticələri gözlənilən idi. Çünki qətnamənin qəbul edilməsində də 54 senator səs vermişdi.