• DÜNYA

    15:14 21 may 2019

ABŞ "Şimal axını-2" layihəsinə sanksiya tətbiq etməyə hazırlaşır

ABŞ Administrasiyası "Şimal axını-2" layihəsinə qarşı tətbiq etməyi planlaşdırır.

ONA-nın "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın energetika naziri Rika Perri bildirib.

R. Perri Kiyevə səfəri zamanı çıxışında deyib ki, ABŞ "Şimal axını-2" layihəsinə qarşı yaxın vaxtlarda sanksiya tətbiq edə bilər. O bununla əlaqədar "Şimal axını-2" layihəsi ilə əməkdaşlığı məhdudlaşdırmağı nəzərdə tutan qanun layihəsi hazırlana biləcəyini qeyd edib.

Nazir onu da bildirib ki, ABŞ Ukrayna qaz nəqli stansiyalarından keçməməklə Rusiya qazının Avropaya çatdırılmasını nəzərdə tutan "Şimal axını-2" və "Türk axını" qaz kəmərlərinin tikintisinin əleyhinədir.

Öz növbəsində, Ukraynanın yeni prezidenti Vladimir Zelenski energetika naziri R. Perrinin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüşdə antirusiya sanksiyalarını sərtləşdirməyə çağırıb.

Artıq Rusiya tərəfindən də məsələyə reaksiya gəlib. Prezident Vladimir Putinin mətbuat katibi Dmtri Peskov Vaşinqtonun yeni sanksiya bəyanatları fonunda "Şimal axını-2" layihəsinin inşasının uğurla başa çatdırılacağına ümidvar olduğunu deyib.

Onun sözlərinə görə, layihənin reallaşmasında beynəlxalq şirkətlər-nəhənglər iştirak edir və "Şimal axını-2" layihəsinin siyasətə heç bir aidiyyəti yoxdur: "Layihənin böyük hissəsi artıq reallaşıb və müəyyən əminlik var ki, inşaat işləri uğurla başa çatıdırlacaq".

Onu da əlavə edək ki, sözügedən layihələrə qarşı çıxan ABŞ prezidenti Donald Tramp bir qədər əvvəl hətta Almaniyanı qaz kəmərlərinin tikintisi planına görə Rusiyanın girovu adlandırıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR