ABŞ “Şimal axını-2” layihəsinə sanksiya tətbiq etməyi planlaşdırır.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın enerji naziri Rik Perri deyib.
“Nümayəndələr Palatası və Senat "Şimal axını-2" layihəsində iştirak edən şirkətlərə qarşı məhdudiyyətlər haqqında qanun layihəsini hazırlamağı planlaşdırır”, - deyə Rik Perri bildirib.