ABŞ Suriyadakı hərbçilərinin sayını 400-ə qədər azaldacaq.
ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbətində deyib.
O, saxlanılan hərbi kontingentin Suriyada nə qədər qalacağını açıqlamayıb.
Tramp həmçinin Suriyada terrorçular üzərində qələbəni əks etdirən xəritələri jurnalistlərin nəzərinə çatdırıb.