ABŞ hökuməti Suriyada təxminən 1000 hərbçisini saxlaya bilər.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “Wall Street Journal” nəşri məlunat yayıb.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Sara Sanders açıqlamasında ABŞ-ın Suriyada təxminən 200 sülhməramlı səgərini saxlayacağını demişdi. Hazırda isə bu ölkədə təxminən 2 min amerikan hərbçisi var.
“Reuters” agentliyinin ABŞ administrasiyasına istinadən verdiyi xəbərə görə isə avropalı müttəfiqlərinin əsgər sayını 1500-dək müəyyənləşdirdiyini nəzərə alan Ağ Ev də Suriyada 400 hərbi qulluqçusunu saxlamağı planlaşdırır.