ABŞ-ın CBS telekanalının “60 Minutes” proqramında Rusiya müxalifət liderlərindən olan Alexey Navalnı ilə bağlı süjet yayımlanıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, görüntülərdə Navalnı Berlində həyat Yulianın əlindən tutaraq yeridiyi nümayiş edilib. Onu CBS müxbiri Lesli Stol və mülki geyimli üç kişi müşayiət edib. Bir az aralıda isə onun təhlükəsizliyi ilə əlaqədar azı doqquz nəfərdən ibarət polis kalonu hərəkət edib. Navalnı və həyat yoldaşı maska taxmadığı halda Stol ilə danışdığı göstərilib.
Aparıcı müxalifət liderinin gücləndirilmiş mühafizə ilə gəzməsini onun "yeni zəhərlənmə təhlükəsi” ilə bağlı olduğunu izah edib.